Azərbaycanlı müğənni bombalanan şəhərdə qaldı - Qayıda bilmir - FOTO
Müğənni Elvin Mirzəzadə Dubayda qalıb. Milli.Az xəbər verir ki, bu barədə müğənni özü məlumat verib. Dubaya yollanan Elvin uçuşların ləğv edildiyini bildirib: "Maraqlanan, nigaran qalan dostlar, doğmalar. Tranzit uçuşla martın 3-ü BƏƏ-nin Şarja şəhərinə getməliyəm. Məlum məsələlərə görə hava yolları bağlıdı. Açılıb-açılmaması sual altındadır. Ümid edirəm tezliklə atəşkəs baş tutar, içi mən qarışıq bütün xarici ölkələrdə qalan vətəndaşlarımız vətənə dönər. Diqqətiniz üçün minnətdaram" . Milli.Az

Şərh verin