İpoteka istəyənlərin NƏZƏRİNƏ: Limitlər ayrıldı
Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2026-cı il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılır. Milli.Az xəbər verir ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq: ADİ ipoteka kreditləri üzrə: 05.03.2026-cı il tarixində saat 11:00-dan etibarən. GÜZƏŞTLİ ipoteka kreditləri üzrə: 06.03.2026-ci il tarixində saat 11:00-dan etibarən. Müraciətlərin qəbulu "Elektron ipoteka və kredit zəmanət" sistemi ( www.e-gov.az ) üzərindən elekton imza vasitələri (SİMA Token (Elektron İmza), SİMA Rəqəmsal, Asan İmza) ilə həyata keçiriləcəkdir. Bununla əlaqədar olaraq, vətəndaşlara 04.03.2026-cı il tarixinədək elektron kabinetlərin formalaşdırılması tövsiyə edilir. Qeyd: İpoteka kreditinin alınması üçün müraciətə dair istifadəçi təlimatı Fondun rəsmi internet səhifəsində ( www.mcgf.gov.az/storage/Talimat.pdf ), həmçinin "Elektron hökumət" portalının və "mygov" platformasının müvafiq bölmələrində yerləşdirilmişdir. Milli.Az

Şərh verin