Bəhlul Mustafazadə əməliyyat olundu
"Qarabağ"ın futbolçusu Bəhlul Mustafazadə əməliyyat olunub. Milli.Az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb. UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Nyukasl"la keçirilən oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib. B.Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır. Milli.Az

Şərh verin