Qətər İrandan uçan iki Su-24 təyyarəsini vurub

Qətər Hərbi Hava Qüvvələri İrandan uçan iki Su-24 təyyarəsini vurub. “Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin mətbuat xidməti “X” səhifəsində məlumat yayıb. “Qətər Hərbi Hava Qüvvələri İran İslam Respublikasından uçan iki Su-24 təyyarəsini uğurla vurub. Onlar həmçinin hava hücumundan müdafiə sistemlərindən istifadə etməklə yeddi ballistik raketi və beş PUA-nı uğurla ələ keçiriblər”, - məlumatda deyilir.