Bu gün Od çərşənbəsidir

Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur. Milli.Az xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır. Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar. Qeyd edək ki, Yel çərşənbəsi martın 10-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 17-də qeyd olunacaq. Bu il Yaz fəsli Azərbaycana 20 mart 18:45-də daxil olacaq. Nazirlər Kabinetinin qərarına əsasən, martın 20, 21, 22, 23, 24-ü Novruz bayramıdır. Milli.Az