Yasamal rayonunda ağır QƏZA: Ölən var

Ötən gecə saat 01:50 radələrində Yasamal rayonu Şərifzadə küçəsində ağır yol qəzası baş verib. Milli.Az xəbər verir ki, 2000-ci il təvəllüdlü Ağayev Elnur Elşən oğlu "BYD" markalı avtomobillə hərəkətdə olarkən piyada keçidi üzərində velosiped idarə edən 1975-ci il təvəllüdlü Vahabov Natiq Vəli oğlunu vurub. Nəticədə N.Vahabov hadisə yerində ölüb. Fakt bağlı Yasamal RPİ-də cinayət işi başlanıb. Milli.Az