Müharibə bölgəsində daha bir azərbaycanlı itkin düşdü — Foto

Rusiya-Ukrayna müharibəsi bölgəsində daha bir həmyerlimiz itkin düşüb. “Qafqazinfo” xəbər verir ki, bu barədə hərbi bloqer Tofiq Şahmuradov məlumat yayıb. O bildirib ki, 1994-cü il təvəllüdlü Ağcabədi sakini Yusif Hacıyev Ukraynanın Kupyansk şəhəri istiqamətində gedən döyüşlərdə itkin düşüb. Y.Hacıyev Rusiya ordusunun sıralarından müharibəyə qoşulub.