Xocalıda ağır qəza — Hərbçi həlak oldu - Foto
Xocalı rayonunda ağır yol qəzası baş verib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, rayonun Daşkənd kəndi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu 1999-cu il təvəllüdlü MAXE Əhmədov Cavid Hidayət oğlunun idarə etdiyi xidməti avtomobil aşıb. Nəticədə avtomobildə olan sərnişin, gizir 1996-cı il təvəllüdlü Quluzadə Vüsal Ədalət oğlu həlak olub. Xəbəri rus dilində oxuyun: ДТП в Ходжалы: погиб военнослужащий Sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. *** Qəzada dünyasını dəyişən gizir Vüsal Quluzadə bu gün Tərtərin Təzəkənd kəndində dəfn ediləcək. Fotoda Vüsal Quluzadə Aslan Vəliyev

Şərh verin