30 yaşlı hərbçimiz həlak OLDU
Xocalı rayonunda ağır yol qəzası baş verib. Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, rayonun Daşkənd kəndi ərazisində Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu 1999-cu il təvəllüdlü MAXE Əhmədov Cavid Hidayət oğlunun idarə etdiyi xidməti avtomobil aşıb. Nəticədə avtomobildə olan sərnişin, gizir 1996-cı il təvəllüdlü Quluzadə Vüsal Ədalət oğlu həlak olub. Sürücü isə müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Milli.Az

Şərh verin