Millimiz Şimali Makedoniyanı məğlub etdi

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün dünya çempionatı – 2027-nin seçmə mərhələsində mübarizəyə başlayıb. “Qafqazinfo” xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan millimiz ilk oyununu Şimali Makedoniya yığmasına qarşı keçirib. “Dalğa Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edib. Saat 15:00-da başlayan qarşılaşma millimizin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 3 mart Azərbaycan (Qadınlar) – Şimali Makedoniya (Qadınlar) 2:0 Qollar: Sevinc Cəfərzadə, 28, 78