İsrail İrana 7000-dən çox zərbə endirib

Əməliyyat başlayandan bəri İsrail İrana 7000-dən çox zərbə endirib. “Qafqazinfo” xəbər verir ki, bu haqda İsrail Müdafiə Qüvvələri məlumat yayıb. “İsrail Ordusu bütün İranda fəaldır və təxminən 7600 zərbə endirib”, - hesabatda qeyd olunub. Bildirilib ki, bu rəqəmə qərargahlara və hökumət obyektlərinə 2000-dən çox zərbə, eləcə də İranın raket proqramı obyektlərinə təxminən 4700 zərbə daxildir.