“Fənərbağça” mövsümdə ilk dəfə UDUZDU
Türkiyə Superliqasında 26-cı turun iki oyunu keçirilib. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, çempionatın autsayderi "Fatih Karagümrük" ikinci yerdə qərarlaşaın "Fənərbağça"nı qəbul edib. Matç 2:0 hesabı ilə meydan sahiblərinin qələbəi ilə yekunlaşıb. Bu məğlubiyyətlə "Fənərbağça" lider "Qalatasaray"la aradakı xal fərqini azaltmaq üçün real şansı əldən verib. Hazırda "Fənərbağça" liderdən 4 xal geri qalır və 1 oyun çox keçirib. "Karagümrük"ün 17 xalı var. Digər oyunda "Antalyaspor" öz meydançasında "Qaziantep"ə uduzub - 1:4. Milli.Az

Şərh verin