İlber Ortaylının dəfn olunacağı tarix açıqlandı

Akademik və yazıçı professor İlber Ortaylının dəfn tarixi açıqlanıb. Milli.Az xəbər verir ki, İlber Ortaylı ilə vida mərasimi martın 16-da uzun illər çalışdığı Qalatasaray Universitetində keçiriləcək. Bu mərasimdən sonra Ortaylının nəşi Fatih məscidinə aparılacaq və məscidin qəbiristanlığında dəfn olunacaq. Xatırladaq ki, professor İlber Ortaylı martın 13-də 78 yaşında vəfat edib. Milli.Az