4 yaşlı uşaq su quyusuna düşüb öldü
Salyan rayonunda azyaşlı bədbəxt hadisənin qurbanı olub. “Qafqazinfo” xəbər verir ki, hadisə martın 13-ü saat 12 radələrində Qaraçala qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 2022-ci il təvəllüdlü Əli Pərvin oğlu Ağarzazadə həyətlərindəki su quyusuna düşərək ölüb. Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

Şərh verin