Azərbaycanlı gənc sevgilisi ilə Kiprdən deportasiya edildi
Kiprdə 28 yaşlı azərbaycanlı gənc estoniyalı sevgilisi ilə Estoniyaya deportasiya edilib. Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı "Kiprinform" portalı yayıb. Məlumata görə, azərbaycanlı gənc 27 yaşlı sevgilisi ilə Kiprdən deportasiya edilməzdən əvvəl 2 həftə ərzində istintaq təcridxanasında saxlanılıb. Bildirilib ki, onlar Larnak, Limassol və Pafosda İsrailə aid daşınmaz obyektləri izləyərək onların fotolarını çəkməkdə təqsirləndirilərək fevralın 27-si həbs ediliblər. Məhkəmə onlar barəsində deportasiyaya qədər həbs qətimkan tədbiri seçib. Milli.Az

Şərh verin