Neftçalada 38 yaşlı qadın dəm qazından zəhərlənib öldü

Neftçala rayonunda 38 yaşlı qadın dəm qazından zəhərlənərək həyatını itirib. Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Neftçala rayonunun Qoltuq kəndində qeydə alınıb. Belə ki, 1988-ci il təvəllüdlü Abbasova Lətafət İnqilab qızı yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb. Faktla bağlı Neftçala rayon prokurorluğunda araşdırma aparılır. Milli.Az