Moskvada tramvaylar toqquşdu — 22 nəfər yaralandı

Rusiyanın paytaxtı Moskvada iki tramvay toqquşub. “Qafqazinfo” xəbər verir ki, qəza nəticəsində 5-i uşaq olmaqla 22 nəfər xəsarət alıb. Onlardan 11-nin vəziyyəti ağır olaraq qiymətlindirilir. Toqquşmanın ilkin səbəbi kimi texniki nasazlıq nəticəsində tramvaylardan birinin relsdən çıxması göstərilib. Toqquşma anında hər iki tramvayda ümumilikdə 70-ə yaxın sərnişin olub.