Elmin Əliyev Avropa çempionu olub

Azərbaycanın yunan-Roma güləşçisi Elmin Əliyev (82 kq) Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatının qalibi olub. Milli.Az-ın məlumatına görə, o, finalda gürcüstanlı rəqibi Tornike Mikeladzeni 3:2 hesabı ilə üstələyib. Bununla da turnirdə Azərbaycanın Avropa çempionlarının sayı 3-ə çatıb. Daha əvvəl Ali Tsokayevlə (92 kq) Günay Qurbanova (59 kq) Avropa çempionu adını qazanıblar. Milli.Az