“Bizim uşaqlar”ı belə təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan milli futbol komandasını 2026-cı il Dünya Çempionatına vəsiqə qazanması münasibətilə təbrik edib. “Qafqazinfo” xəbər verir ki, dövlət başçısı sosial media hesabında paylaşım edərək, pley-off mərhələsinin finalında Kosovonu 1:0 hesabı ilə məğlub edən yığmanın uğurunu yüksək qiymətləndirib. “2026-cı il Dünya Çempionatı pley-off finalında Kosovonu məğlub edərək, final mərhələsinə vəsiqə qazandıqları üçün milli futbol komandamızı, “bizim uşaqlar”ı ürəkdən təbrik edirəm. 24 ildən sonra futbolun bu ən böyük səhnəsində ay-ulduzlu bayrağımızı dalğalandıracaq milli komandamıza Avstraliya, Paraqvay və ABŞ-yə qarşı qrup oyunlarında, daha sonra isə finala çıxmağı ümid etdiyimiz matçlarda uğurlar arzulayıram. Əminik ki, “bizim uşaqlar” həmişə olduğu kimi, ay-ulduzlu formanı qələbədən qələbəyə daşıyacaq və millətimizi qürurlandıracaq. Bütün idmançılarımızı alnından öpürəm”, - Türkiyə lideri qeyd edib.