Tofiq Musayev Bakıda belə qarşılandı — Video

Mütləq Döyüş Çempionatında (UFC) qələbə qazanan Azərbaycan təmsilçisi Tofiq Musayev Bakıda çoşqu ilə qarşılanıb. “Qafqazinfo” xəbər verir ki, o, bu gün səhər saatlarında döyüşün keçirildiyi ABŞ-dən ölkəmizə qayıdıb. T.Musayevi hava limanında azarkeşlər və federasiya rəsmiləri qarşılayıb. Qeyd edək ki, Tofiq Musayev UFC-də çilili İqnasio Bahamondesə qalib gəlib.