Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edildi
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə 4 və 5 aprel tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edir. Bu barədə Milli.Az-a səhmdar cəmiyyətindən bildirilib. Bildirilib ki, bu tarixlərdə hər iki istiqamətə səfərlər təşkil ediləcək. Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər. Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur. Milli.Az

Şərh verin