85 yaşlı kişi yanaraq ÖLDÜ
Aprelin 1-i saat 23 radələrində Cəlilabad rayonunun Maşlıq kəndində ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Milli.Az xəbər verir ki, 1941-ci il təvəllüdlü kənd sakini Bəhrəm Nuriyev yaşadığı, qohumuna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə baş vermiş yanğın zamanı həyatını itirib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır. Milli.Az

Şərh verin