Paytaxtda faciə: 17 yaşlı qız 10-cu mərtəbədən yıxılıb öldü
Paytaxtın Xətai rayonunda faciəvi hadisə baş verib. Milli.Az xəbər verir ki, dünən saat 14 radələrində 2009-cu il təvəllüdlü A.Abbasova yaşadığı Xudu Məmmədov küçəsindəki çoxmərtəbəli binanın 10-cu mərtəbəsindən yıxılıb. O, aldığı xəsarətlərdən vəfat edib. Faktla bağlı araşdırma aparılır.

Şərh verin