"Qarabağ" "Sabah"la heç-heçə etdi
Azərbaycan Kuboku: Qarabağ və Sabah arasında yarımfinal matçı heç-heçə başa çatıb Futbol üzrə Azərbaycan Kubokunda yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində daha bir matç baş tutub. Milli.Az xəbər verir ki, "Qarabağ" "Sabah"la üz-üzə gəlib. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan görüş heç-heçə bitib - 2:2. "Qarabağ"ın heyətində 29 və 60-cı dəqiqələrdə Kadi Borges fərqlənib. "Sabah"dan isə Umarali Raxmonaliyev (23, 65-p.) dubla imza atıb. Xatırladaq ki, raundun cavab matçları aprelin 21-22-də keçiriləcək. Milli.Az

Şərh verin