Avrokubok oyunu deyil, Azərbaycan kubokudur — Video - Yenilənib

Hazırda Azərbaycan Kubokunun yarımfinal mərhələsində əsas qarşılaşması davam edir. “Qafqazinfo” xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”la qarşılaşır. Maraqla gözlənilən qarşılaşmanı stadiondan 12-13 mindən çox insan izləyir. Qeyd edək ki, Azərbaycan çempionatında stadionun belə dolu olması öyrəşilən hal deyil. Bu cür anşlaq görüntüləri adətən Avrokuboklarda müşahidə edilirdi. *** Rəsmi məlumata görə, hazırda stadionda 21 min azarkeş var.