İstanbul boğazında gəmilərin hərəkəti dayandırıldı

İstanbul boğazında gəmilərin hərəkəti hər iki istiqamətdə müvəqqəti olaraq dayandırılıb. “Qafqazinfo” TRT-yə istinadən xəbər verir ki, buna səbəb Barbados bayrağı altında üzən “TRACKHOUND” adlı yük gəmisində baş verən mühərrik nasazlığıdır. Hadisə ilə əlaqədar olaraq Sahil Təhlükəsizliyi Baş İdarəsinə məxsus “Rescue-5” və “Nazım Tur” yedək gəmiləri, həmçinin KEGM-5 qayığı dərhal əraziyə cəlb edilib. Məlumata görə, nasazlıq olan gəmi Çubuklu Bərə Terminalı yaxınlığında yerləşir. Hazırda müvafiq qurumların müdaxiləsi davam edir və gəminin təhlükəsiz şəkildə ərazidən uzaqlaşdırılması üçün tədbirlər görülür.