Ronaldo zədəsi sağalan kimi dubl etdi
“Əl-Nəsr”in futbolçusu Kriştianu Ronaldo zədəsi sağaldıqdan sonra ilk oyunda dubl edib. “Qafqazinfo” xəbər verir ki, o, bunu Səudiyyə Ərəbistanı Pro Liqasının 27-ci turunda “Əl-Nəcmə” ilə qarşılaşmada bacarıb. Belə ki, komandanın kapitanı 56-cı və 73-cü dəqiqələrdə qol vurub. Bu, 41 yaşlı hücumçunun karyerasında 966-cı və 967-ci qolları olub. Matç isə “Əl-Nəsr”in 5:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Şərh verin