“Onlar regional müharibəni qızışdırmaq istəyirlər”
İran hesab edir ki, ABŞ və İsrail Fars körfəzində regional müharibəni qızışdırmaq istəyirlər. “Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda İranın Qahirədəki diplomatik missiyasının rəhbəri Müctəba Firdovsipur bildirib. “Onlar bu müharibədən çıxmaq istəyirlər ki, qonşuları - İran və Fars körfəzinin cənubunda yerləşən ərəb ölkələri arasında müharibə olsun”, - diplomat təklif edib. Onun sözlərinə görə, Vaşinqton və Təl-Əviv hazırda regional liderlərə təzyiq göstərir ki, onları Tehrana qarşı müharibəyə cəlb etsinlər.

Şərh verin