Raquf Orucovun anım mərasimi keçirildi — Fotolar

Sumqayıt şəhər Şəhidlər xiyabanında Aprel döyüşləri şəhidi, “Murov Qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucovun anım mərasimi keçirilib. “Qafqazinfo” xəbər verir ki, anım mərasimində tanınmış şəxslər, şəhid polkovnikin yaxınları iştirak edib. Tədbir iştirakçıları Raquf Orucovun məzarını ziyarət edib, onun ruhuna dualar oxuyublar.