“Təsviri sənət kağızda” adlı yaradıcılıq sərgisi açılacaq
Klassik Azərbaycan İncəsənəti ənənələrini yaşatmağa xidmət, rəssamın təxəyyülü və estetik baxışının kağız üzərində ifadəsini seyrciyə göstərmək, həmçinin, kağız üzərində işlənmiş əsərlərə ictimai marağı artırmaq məqsədi ilə peşəkar rəssamlar arasında elan olunmuş "TƏSVİRİ SƏNƏT KAĞIZDA" adlı yaradıcılıq sərgisi 11 aprel 2026 -cı il tarixində Xətai Sənət Mərkəzində açılacaq və 14 aprelədək davam edəcək. Sərgiyə 300-dən çox təsviri sənət ustası sərbəst mövzuda işlənmiş 600-dən çox qrafika, miniatür, sulu boya və eskiz əsərlər təqdim etmişlər. Seçim 10 ballıq şkala ilə əsərin kağız üzərində olması, yanaşma, fikir, yaradıcılıq və qeyd olunmuş ölçü nəzərə alınmaqla aparıldı. Daha çox fərqli baxış və xəttlər sərgiləmək məqsədi ilə bəzi iştirakçının 2 və ya 3 əsərinin sərgilənmə haqqı olmasına baxmayaraq, ən yaxşı nəticə göstərən 103 iştirakçının hər birindən 1 əsər sərgilənəcək. Seçilən əsərlər və müəlliflər: https://online.fliphtml5.com/udgyq/ogke/ Seçim heyyəti: Arif Hüseynov - Xalq Rəssamı, Professor Sirus Mirzəzadə - Xalq Rəssamı, Professor Səlhab Məmmədov - Xalq Rəssamı, Professor Natiq Səfərov - Əməkdar rəssamı, Ali dərəcəli bərpaçı Fərman Qasımov - Sənətşünaslıq üzrə fəlsəfə doktoru Zöhrab Cabbarov - ADMİU baş müəllim, rəssam Səbinə İskəndər - Suluboya Cəmiyyətinin sədri Mais Əliyev - Qrafika rəssamı Faiq Əkbərov - ADRA baş müəllim Miniatür ustası Pəri Əskərova - Miniatür ustası Elçin Hüseynli - Azərbaycan Dövlət Rəsm Qalereyası Ülviyyə Həmzəyeva - Xalq Rəssamı Rəfail Gülmməmmədli - Sənətşünas Eldəniz Babayev - Bakı Qalereyasının rəhbəri Sərgiyə dəstək məqsədi ilə bir çox peşəkar rəssamlarımız öz əsərləri ilə sərgidə qonaq qismində iştirak edir. Arif Hüseynov Sirus Mirzəzadə Səlhab Məmmədov Natiq Səfərov Zöhrab Cabbarov Asif Cabbarov Mais Əliyev Fərman Qasımov Bayram Qasımxanlı Pərnisa Əskərova Calal Ağayev Adil Əsədli Səmədağa Cəfərov Məmmədhüseyn Hüseynov Faiq Əkbərov Ülviyyə Həmzəyeva Elyar Əlimirzəyev Ramin Əliyev Fərman Hüseynov Vüqar Əli Zahid Əvəzov Tədbirin təşkilatçıları: Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası, Xətai Beynəlxalq Akvarel Qalereyası və Xətai Sənət Mərkəzi Dəstəkçilər: Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Televiziya və Radio Verilişləri QSC, Azərbaycan Mədəniyyət və İncəsənət Universiteti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Xətai Rayon İcra Hakimiyyəti, Beynəlxalq Sulu boya Cəmiyyəti Azərbaycan nümayəndəliyi, Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyi Sərgidə nominasiyalar üzrə hədiyyələr təqdim olunacaq. Ən yaxşı milli ruhlu əsər Ən yaxşı ilüstrasiya Ən yaxşı miniatür Ən yaxşı qrafika Ən yaxşı klassik əsər Ən yaxşı müasir əsər Ən yaxşı akvarel Ən yaxşı eskiz əsər Sərgilənən əsərlər geri qaytarılır. Əsəri sərgilənən iştirakçıya sertifikat təqdim olunacaq. Sərgilənəcək əsərlər 8 aprel tarixinədək Xətai Sənət Mərkəzinə təqdim olunmalıdır. Əlavə suallar üçün: 051-310-74-01 tel/whatsapp İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az

Şərh verin