“Real” son dəqiqə qolu ilə məğlub oldu

İspaniya La Liqasında növbəti oyun baş tutub. Milli.Az xəbər verir ki, "Malyorka" öz meydanında "Real Madrid"i 2:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində Manuel Morlanes 42-ci dəqiqədə, Vedat Muriqi isə əlavə olunmuş vaxtda (90+1) fərqlənib. "Real Madrid"in yeganə qolunu isə 88-ci dəqiqədə Eder Militao vurub. Milli.Az