Avstraliyada güclü zəlzələ oldu
Avstraliyada 6,0 bal gücündə zəlzələ baş verib. Milli.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Episentr təxminən 1,2 milyon əhalisi olan Adelaida şəhərindən 1253 km şimal-qərbdə, zəlzələnin ocağı isə 10 km dərinlikdə yerləşib. Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib. Milli.Az

Şərh verin