İran Küveytdə nazirlik binasını VURDU
İranın pilotsuz uçuş aparatı Küveytin Maliyyə Nazirliyinin binasına hücum edərək ona ziyan vurub. Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "Hücum nəticəsində xəsarət alan yoxdur. Nazirliyin əməkdaşları aprelin 5-də məsafədən işləyəcəklər, vətəndaşların qəbulu isə təxirə salınacaq. Qurumun əyani iş rejimi aprelin 6-da bərpa olunacaq", - deyə məlumatda bildirilir. KUNA xəbər agentliyinin məlumatına görə, İranın zərbələri nəticəsində Küveytdə iki enerji və su təchizatı stansiyası da zədələnib və onların fəaliyyəti dayandırılıb. Milli.Az

Şərh verin