Sulutəpə - Hökməli yolu təmizləndi, hərəkət bərpa olundu — Video

Aramsız yağan yağışlardan sonra hərəkətin məhdudlaşdığı Sulutəpə - Hökməli yolunda işlər aparılıb. “Qafqazinfo” xəbər verir ki, artıq sözügedən istiqamətdə təmizlik işləri yekunlaşıb. Nəqliyyatın və piyadaların gediş-gəlişi bərpa olunub.