Kiçik oyuncaqlar, böyük sevinclər... — Fotolar
Bu gün Azərbaycanın katolik xristianları ən mühüm dini bayramlardan birini - Pasxanı qeyd edirlər. “Qafqazinfo” xəbər verir ki, katolik icmasının nümayəndələri Bakıdakı Müqəddəs Məryəm kilsəsində dini bayramlarını müxtəlif ritullarla həyata keçirirlər. Azyaşlılar “origamilər”lə (red.-Qatlama kağızdan hazırlanan bayram oyuncaqları) günə xüsusi ab-hava qatıblar. Qeyd edək ki, Pasxa xristianlığın ən qədim və əlamətdar bayramlarından biridir, İsa Məsihin dirilməsinin sevincinin rəmzi sayılır. Əməkdaşımız Xəyal Vəlizadənin lentə aldığı rəngarəng fotoları təqdim edirik:

Şərh verin