Aprelin pensiyası bu tarixdə veriləcək
Aprel ayı üzrə pensiyaların ödəniləcəyi tarix məlum olub. Milli.Az-ın əldə etdiyi məlumata görə, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda aprel ayı üzrə pensiyalar qrafika uyğun şəkildə ödəniləcək. Pensiyalar Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aprel ayının 14-də ödəniləcək. Daha sonra isə qrafikə uyğun olaraq digər bölgələr üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək. Mehman Əsədov Milli.Az

Şərh verin