“Real” onunla bağlı qərarını verdi
"Real" futbol klubunun rəhbərliyi müdafiə xəttinin əsas simalarından biri olan Antonio Rüdigerlə bağlı qərarını açıqlayıb. Milli.Az Trend -ə istinadən bildirir ki, Madrid təmsilçisi almaniyalı müdafiəçiyə rəsmi olaraq yeni müqavilə təklif edib. Hazırkı müqaviləsi 2026-cı ilin yayında başa çatacaq 33 yaşlı futbolçu ilə əməkdaşlığın daha bir il müddətinə uzadılması planlaşdırılır. Milli.Az

Şərh verin