Binadan yıxılan məktəbli qız 5 gün sonra öldü

Aprelin 1-də Sumqayıt şəhərində 3-cü mərtəbədə yaşadığı evin pəncərəsindən yıxılan qız vəfat edib. “Qafqazinfo” xəbər verir ki, 2010-cu il təvəllüdlü F.İsayevanın həyatını xilas etmək mümkün olmayıb. O, tibbi yardıma baxmayaraq, aprelin 4-ü saat 07 radələrində xəstəxanada ölüb. Qeyd edək ki, hadisədən bir müddət əvvəl Fəxriyyənin anası vəfat edibmiş. O, orta məktəbin 10-cu sinfində təhsil alırdı.