Su basmış ərazilərdən 166 nəfər təxliyə olundu - FOTO

Bakı şəhərinin Nizami, Sabunçu, Xəzər, Binəqədi, Suraxanı və Səbail rayonlarında, Sumqayıt şəhəri, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmaz rayonları ərazisində 17-si azyaşlı olmaqla 166 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub. Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, sözügedən ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işləri, o cümlədən suçəkmə və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi tədbirləri həyata keçirilir. Milli.Az