Bakıda 6 marşrutun hərəkət istiqaməti dəyişdi

Səbail rayonu, Su İdman Sarayından Bibiheybət qəsəbəsi istiqamətinə (Dənizkənarı küçə) gedən yolda nəqliyyat vasitələrinin hərəkətinə tətbiq edilən məhdudiyyətlə əlaqədar, 6 müntəzəm marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib. Milli.Az xəbər verir ki, dəyişikliyə əsasən, 72, 120A, 125, 149, 205 və E1 nömrəli marşrutların hərəkəti "20-ci sahə dairəsi" Şəfəq küçəsi ilə təşkil olunub. Aysel Milli.Az