54 yaşlı sürücü sükan arxasında öldü
Bakıda sürücü sükan arxasında vəfat edib. “Qafqazinfo” xəbər verir ki, hadisə Binəqədi rayonu Biləcəri qəsəbəsində baş verib. Belə ki, Bakı şəhər sakini 1972-ci il təvəllüdlü Ləyaqət Vəliyev “Toyota” markalı avtomobilini idarə edərkən qəfil ölüb. Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib. Hazırda faktla bağlı araşdırma aparılır.

Şərh verin