34 yaşlı kişi çayxanada bıçaqlandı
Samuxda bıçaqlanma hadisəsi baş verib. “Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində çayxanalardan birində olub. İlkin məlumata görə, 1992-ci il təvəllüdlü Röyal Yolçuyev bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirlib. Onun vəziyyəti kafidir. Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb. Yunis Quliyev

Şərh verin