İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb - FOTO

Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana dövlət səfəri başa çatıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Prezident İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Kobaxidze yola saldı. Milli.Az