Gəncədə Türkiyə vətəndaşı bıçaqlandı

Gəncədə Türkiyə vətəndaşı bıçaqlanıb. “Qafqazinfo”nun məlumatına görə, 22 yaşlı Mehmet Kaygusuz bədənin kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Hazırda faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxs və ya şəxslərin saxlanılaraq məsuliyyətə cəlb edilməsi üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür. Yunis Quliyev