“Ronaldinyo mənim üçün futbolun tanrısı idi”
Vaxtı ikən qısa müddət "Barselona"da çıxış etmiş, hazırda baş məşqçi kimi fəaliyyət göstərən Giliermo Abaskal Ronaldinyo barədə xatirələrini bölüşüb. Milli.Az İdman.Biz -ə istinadən bildirir ki, bu barədə xarici KİV-ə istinadən xəbər verir. Giliermo Abaskal "Barselona" - "Sevilya" matçında braziliyalının ilk oyununu izlədiyini və 35 metrdən vurduğu qoldan heyrətə gəldiyini bildirib. "Barselona" - "Sevilya" matçını xatırlayıram, bu, Ronaldinyonun ilk oyunu idi. O, 35 metrdən qol vurdu - mən stadionda idim və düşünürdüm: bu yuxudur? Mənim üçün o, futbolun tanrısı idi" - deyə o bildirib. Abaskal Ronaldinyonun texnikasının onu daim təəccübləndirdiyini və meydanda əsl sehr göstərdiyini qeyd edib. Milli.Az

Şərh verin