Kəmaləddin Heydərova iki yeni müavin təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub. “Qafqazinfo” xəbər verir ki, Cəbrayıl Eldar oğlu Xanlarov və daxili xidmət general-mayoru Yusif Mahmud oğlu Nəbiyev fövqəladə hallar nazirinin müavinləri təyin ediliblər. Qeyd edək ki, Cəbrayıl Eldar oğlu Xanlarov 1972-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, iqtisad elmləri namizədidir. Yusif Mahmud oğlu Nəbiyev isə 1982-ci ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetini bitirib, hüquq üzrə fəlsəfə doktorudur.

Şərh verin