Əhməd Rəcəbli küçəsində yol çökdü, təhlükəli vəziyyət yarandı — Video - Fotolar - Yenilənib
İntensiv yağışlardan sonra Bakının daha bir küçəsində yolun hərəkət hissəsində çökmə yaranıb. “Qafqazinfo” xəbər verir ki, Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində - Dövlət Yanğından Mühafizə Xidmətinin Nərimanov Şöbəsinin qarşısında asfalt örtüyü çöküb. Nəticədə yolda sürücülər üçün təhlükəli vəziyyət yaranıb. Ərazidə xəbərdarlıqedici nişanın qoyulmaması, çökmüş yerin lentlə əhatəyə alınmaması da riski artırır. *** AAYDA-dan bildirilib ki, sözügedən ərazidə kanalizasiya kollektorunda baş vermiş qəza nəticəsində asfalt örtüyü deformasiyaya uğrayıb: “Məsələ ilə bağlı aidiyyəti quruma məlumat verilib. Hazırda qəzanın aradan qaldırılması istiqamətində onlar tərəfindən müvafiq işlər həyata keçirilir. Təmir-bərpa işləri başa çatdıqdan sonra asfalt örtüyünün yenilənməsi tərəfimizdən təmin ediləcək”. Həmin ərazidən görüntüləri təqdim edirik: Video - Fotolar: Pərvin Zeynal

Şərh verin