AAYDA-da iki yüksək vəzifəli şəxs işdən azad olundu
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) iki yüksək vəzifəli şəxs işdən azad olunub. Milli.Az-ın əldə etdiyi məlumata görə, Cəfərov Elşən Ayaz oğlu Nəqliyyat İdarəsinin rəisi vəzifəsindən, Quliyev Cavanşir Cavad oğlu isə İşlər və komplektləşdirmə idarəsinin rəisi vəzifəsindən azad olunub. Bununla bağlı AAYDA-nın idarə heyətinin sədri Vüsal Nəsirli əmrlər imzalayıb. Onların yerinə isə yeni təyinatlar olmayıb. /İqtisadiyyat.az Mehman Əsədov Milli.Az

Şərh verin