AFFA “Qarabağ”ı cərimələdi
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. “Qafqazinfo” xəbər verir ki, iclasda Misli Premyer Liqasında 27-ci turun “Şamaxı” - “Qarabağ” oyunundakı qayda pozuntusu ilə bağlı qərar qəbul edilib. Görüşdə “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam təmsilçisi 700 manat cərimə edilib. Xatırladaq ki, sözügedən matçda 0:0 hesabı qeydə alınıb.

Şərh verin