28 yaşlı şəxs işlədiyi mağazada öldü

Neftçala rayonunda 28 yaşlı şəxsin meyiti işlədiyi marketdə tapılıb. “Qafqazinfo” xəbər verir ki, hadisə aprelin 13-ü saat 05 radələrində Neftçala şəhəri ərazisində baş verib. 1998-ci il təvəllüdlü Saleh Yaşar oğlu Məmmədovun meyiti işlədiyi mağazanın anbarında aşkar edilib. Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.